Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin

Yol polisindən sürücülərə XƏBƏRDARLIQ
Baş Dövlət Yol Polisi İdarəsi sürücülərə xəbərdarlıq edib.
Oxu.Az xəbər verir ki, xəbərdarlıqda deyilir:
"Dumanlı havada yollarda yaranan məhdudiyyətli görünmənin texniki nizamlama vasitələrinin və digər hərəkət iştirakçılarının vaxtında görünməsinə maneə yaratdığını, eləcə də bir sıra dağlıq və dağətəyi bölgələrdə gecə və səhər saatlarında yolların buz bağlama ehtimalını nəzərə alaraq, sürücülərə zəruri ehtiyat tədbirləri görmək, sürət həddini hava şəraitinə uyğun seçmək, nəqliyyat vasitələrinin, xüsusilə xarici işıq cihazlarının sazlığına diqqət yetirmək, ötmə və manevretmə zamanı təhlükəsizlik qaydalarına ciddi riayət etmək tövsiyə olunur".
Sinoptiklərin məlumatına görə, martın 4-də dumanlı hava şəraiti ilə əlaqədar olaraq, avtomagistrallarda görünüş məsafəsinin 500-1000 metrədək məhdudlaşması gözlənilir.
"Baş Dövlət Yol Polisi İdarəsi (BDYPİ)" teqi üzrə xəbərlər
- Bakı-Quba yolunda AĞIR QƏZA - Yanacağı bitən yük maşını qəzaya düşdü
- Türkiyə vətəndaşı Azərbaycanda qəzaya düşdü
- Bir çox avtomobil nömrələrini RADARLAR SƏHV "GÖRÜR": Ölkəyə yeni nömrəoxuyan cihazlar gətiriləcək?
- Baş Dövlət Yol Polisi İdarəsindən dumanlı hava ilə bağlı XƏBƏRDARLIQ
- Qaydaları heçə sayaraq sürətlə "qırmızı"da keçib dəhşətli qəzaya səbəb oldu - ANBAAN VİDEO