Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin

ABŞ-li demokrat konqresmen Trampın Konqresdəki çıxışını kəsdi, zaldan çıxarıldı
ABŞ-nin Demokratlar Partiyasından olan konqresmen El Qrin Prezident Donald Trampın Konqresdəki çıxışını kəsməyə cəhd edib.
Oxu.Az-ın xəbərinə görə, bu barədə TASS məlumat verib.
Məlumata görə, bundan sonra Nümayəndələr Palatasının sədri Mayk Consonun göstərişi ilə mühafizəçilər Qrini zaldan çıxarıblar.
"Noyabrın 5-də keçirilən prezident seçkisi bizə onilliklər ərzində görmədiyimiz bir mandat verdi. Biz yeddi ştatın hamısında qalib gəldik və bu da bizə 312 seçici səsi ilə qələbə qazandırdı", - deyə Tramp bildirib.
"Sizin mandatınız yoxdur", - deyə onun çıxışı zamanı Qrin ayağa qalxaraq qışqırıb.
Bundan sonra Respublikaçılar Partiyasının nümayəndələri yerlərindən qalxaraq prezidenti dəstəkləyən şüarlar səsləndirməyə başlayıblar: "ABŞ, ABŞ, ABŞ".
Nümayəndələr Palatasının spikeri Mayk Conson isə təhlükəsizlik qüvvələrinə Qrini zaldan çıxarmağı əmr edib.
Konqresmen daha sonra jurnalistlərə hərəkətlərinin hər hansı nəticələrə gətirib çıxaracağı ilə bağlı məlumatsız olduğunu bildirib.
"Buna dəyər, insanlar bilməlidirlər ki, Trampa qarşı durmağa hazır olan insanlar var", - deyə o qeyd edib.
"Donald Tramp" teqi üzrə xəbərlər
- Hikmət Çətin: "Qlobal idarəçilik üçün kollektiv səy lazımdır"
- ABŞ və Ukraynanın irəli sürdüyü atəşkəs təklifinin hazırlanmasına kim kömək edib?
- Kreml ABŞ nümayəndəsini sülh danışıqlarından kənarlaşdırdı
- Vens ABŞ prezidentinin Polşanın nüvə silahı istəyinə cavabını açıqladı
- Kolinda Qrabar-Kitaroviç: "Atəşkəs beynəlxalq hüquqa əsaslanmalıdır"