Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin

Harri Keyndən unikal göstərici – Ardıcıl üç mövsümdə 30 qol
Almaniyanın "Bavariya" klubunun futbolçusu Harri Keyn ardıcıl üç mövsümdə 30-dan çox qol vurur.
Oxu.Az xəbər verir ki, 31 yaşlı hücumçu son olaraq "Bayer Leverkuzen"ə qalib gəldikləri (3:0) Çempionlar Liqasının 1/8 final mərhələsinin ilk matçında dubla imza atıb.
Cari mövsüm 34 matçda meydanda olan ingiltərəli forvard qollarının sayını 31-ə çatdırıb. Keyn 2022/2023 mövsümündə İngiltərənin "Tottenhem" klubunda 49 qarşılaşmada 32, ötən mövsümdə isə 45 görüşdə 44 dəfə fərqlənib.
Qeyd edək ki, "Bavariya" ilə "Bayer Leverkuzen" arasında cavab oyunu martın 11-də keçiriləcək.
"Bayer Leverkuzen FK" teqi üzrə xəbərlər
- Viktor Bonifeysin evliliyi baş tutmayıb - Sevgilisi sərvətinə göz dikibmiş
- Harri Keyn adını UEFA Çempionlar Liqasının tarixinə yazdırdı
- UEFA Çempionlar Liqası: İlk dörddəbir finalçılar bəlli olacaq
- Karlo Ançelotti "Real Madrid"dəki gələcəyi ilə bağlı yekun qərarını açıqladı
- UEFA Çempionlar Liqası: Dörddəbir final mərhələsinə ən şanslı komandalar hansılardır?
Ən çox oxunanlar