Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin

Bakı-Sumqayıt qatarında gecikmənin səbəbi açıqlandı
"Abşeron dairəvi dəmir yolu üzrə hərəkət edən qatar texniki nasazlıq səbəbindən Goradil stansiyasında dayandığı üçün digər sərnişin sürət qatarlarında gecikmələr baş verib".
Bu barədə Oxu.Az-a "Azərbaycan Dəmir Yolları"ndan (ADY) məlumat verilib.
Qeyd edilib ki, bu səbəbdən saat 18:00-19:00 radələrində Bakı-Xırdalan-Sumqayıt və Bakı-Pirşağı-Sumqayıt marşrutları üzrə hərəkət edən qatarlarda gecikmə müşahidə olunub.
Belə ki, Bakı-Pirşağı-Sumqayıt istiqamətində hərəkət edən qatarların birində texniki nasazlıq yaranıb.
"Qatar Goradil sahəsində yarım saata qədər dayanıb. Bu, pik saatları olduğu üçün Abşeron dairəvi marşrutu üzrə digər qatarların hərəkətinə də bir qədər təsir göstərib. Problemin aradan qaldırılması üçün müvafiq tədbirlər görülüb. Qatarların normal fəaliyyəti artıq bərpa olunub", - ADY-dən vurğulanıb.

Hazırda Bakı Dəmiryol Vağzalında sərnişin sıxlığı müşahidə olunur.
Bu barədə Oxu.Az-a sərnişinlər məlumat veriblər.
Sərnişinlər qeyd ediblər ki, Bakı-Pirşağı-Sumqayıt istiqaməti ilə hərəkət edən 2 sürət qatarı gəlsə də, Xırdalan istiqamətində qatar hələ də stansiyaya daxil olmayıb:
"Vağzalın işçiləri deyirlər ki, Bakı-xırdalan-Sumqayıt sürət elektrik qatar gecikmə ilə yola düşəcək".
"Azərbaycan Dəmir Yolları" QSC-dən (ADY) Oxu.Az-ın sorğusuna cavab olaraq bildirilib ki, sıxlığa səbəb Bakı-Pirşağı-Sumqayıt istiqamətində hərəkət edən qatarların birində texniki nasazlıq yaranması olub:
"Bakı-Pirşağı istiqamətində hərəkət edən qatarların birində texniki nasazlıq yaranıb".
Sözügedən görüntünü təqdim edirik:
Aygün Mirakif
"Bakı Dəmiryol Vağzalı" teqi üzrə xəbərlər
- İki sərnişinin qanunsuz hərəkəti Bakıya gələn qatarı bir saat ləngitdi
- Bakı Dəmiryol Vağzalındakı yeni turniketlərdə bank kartından istifadəyə niyə icazə verilmir?
- Bakı-Ağstafa-Bakı marşrutu üzrə əlavə qatar reysləri təyin edilib
- Qatarla rayonlara səfər etmək istəyənlərin NƏZƏRİNƏ
- Bu gündən COP29 iştirakçıları üçün bütün ictimai nəqliyyat PULSUZDUR