Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin

"Kəs səsini, kiçik adam!": Mask və Rubio Polşa XİN rəhbəri ilə mübahisə etdilər
ABŞ-nin Hökumətin Effektivliyi Departamentinin (DOGE) rəhbəri milyarder İlon Mask və dövlət katibi Marko Rubio "X" sosial şəbəkəsində Polşanın xarici işlər naziri Radoslav Sikorski ilə mübahisə ediblər.
Oxu.Az news.ru-ya istinadən xəbər verir ki, iş adamı polşalı diplomatı kiçik adam adlandırıb və ondan susmasını tələb edib.
Sikorski qeyd edib ki, "Starlink" peyk rabitə sistemi Polşanın Rəqəmsallaşma Nazirliyi tərəfindən 50 milyon dollara maliyyələşdirilir. Onun sözlərinə görə, "SpaceX" etibarsız təchizatçı olduğunu sübut etsə, Varşava başqalarını axtaracaq.
"Kəs səsini, kiçik adam! Siz xərcin yalnız bir hissəsini ödəyirsiniz. "Starlink"in əvəzi yoxdur", - deyə Mask cavab yazıb.
Rubio mübahisəyə qoşulub və qeyd edib ki, Ukraynanın "Starlink"lə əlaqəsini kəsmək təhlükəsi yoxdur. O, Sikorskidən minnətdarlıq tələb edib.
"Çünki "Starlink" olmasaydı, Ukrayna bu müharibəni çoxdan uduzardı, ruslar isə indi Polşa ilə sərhəddə olardılar", - dövlət katibi vurğulayıb.
"İlon Mask" teqi üzrə xəbərlər
- Maskın transgender övladı atasını ittiham etdi: "Cinsiyyətimi satın alıb"
- Trampın inaqurasiyasında iştirak etmiş milyarderlər 209 milyard dollar itiriblər
- Baydenin dövründə ABŞ büdcəsi nə qədər itirib? - İlon Mask böyük məbləğ AÇIQLADI
- Mask Polşanın XİN başçısını Sorosun əlaltısı adlandırıb
- İlon Mask: "Starlink"i söndürsəm, Ukrayna ordusunun ön xətti çökəcək"