Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin

Dünyanın ən varlı futbolçuları bəlli olub - Ronaldu və Messi birinci deyillər
"Game Set&Match" portalı planetin ən zəngin futbolçularının siyahısını dərc edib.
Oxu.Az xəbər verir ki, reytinqin lideri Tailandın "Ratçaburi" klubunun yarımmüdafiəçisi Faiq Bolkiahdır. Lakin Faiq var-dövlətini futbol meydançasında qazanmayıb. Məsələ burasındadır ki, o, Bruneyin hakim Bolkiah sülaləsinin üzvüdür. Atası Bruney şahzadəsi Cefri Bolkiahdır. Əmisi isə Bruneyin sultanı Hassanal Bolkiahdır. Ailəsinin sərvəti 20 milyard dollardır.
"Ən-Nəsr"in ulduzu Kriştianu Ronaldu və "İnter Mayami"nin forvardı Lionel Messinin sərvəti 1 milyard dollara yaxınlaşır. Devid Bekhem də onlara yetişir.
Maraqlıdır ki, Avropanın top-klubunun yalnız bir nümayəndəsi ən zəngin 10 futbolçu sırasına daxil olub. Bu, "Real Madrid"in hücumçusu Kilian Mbappedir.
"Devid Bekhem" teqi üzrə xəbərlər
- Devid Bekhem: "Ən böyük peşmanlığım "Real Madrid"ə keçmək idi"
- Devid Bekhemin oğlu azərbaycanlılara yaxşı məlum olan proseduru sınaqdan keçirdi
- İngiltərə nəhəngi Lionel Messi ilə danışıqlara başlayıb
- Bekhemlər 78,5 milyon dollara yeni ev alıblar
- "Mançester Yunayted" klubunun XXI əsrdəki ən yaxşı futbolçusu açıqlandı - Ronaldu ikinci olub