Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin

Bütün bədəni yanan Fəridin dəstəyə ehtiyacı var
İki yaşlı Fərid Əsgərovun sizin dəstəyinizə ehtiyacı var.
Bu barədə Oxu.Az-a onun anası Cəmilə Əsgərova məlumat verib.
O bildirib ki, övladı ötən il martın 10-da ehtiyatsızlıq səbəbindən yanıq xəsarətləri alıb:
"Biz Sabirabad rayonunda yaşayırıq. Fəridin iki yaşı var. O, ötən il martın 10-da iməkləyəndə çaydanı üzərinə aşırıb. Bütün bədəni yanıb. Həmin gün biz onu Bakıda yerləşən xəstəxanalardan birinə çatdırdıq. Orada bir müddət müalicə alsaq da, imkanımız çatmadığı üçün çıxmalı olduq".
Gənc ana övladının müayinəsi üçün Bakıya gəlməli olduqlarını deyib:
"Fəridin müayinəsi üçün biz təkrar Bakıya gəlməliyik. Onun vəziyyəti ağırlaşıb. Balaca olduğu üçün anlamır, yaralarını qaşıyır və təkrar qanadır. İnanın, daha nə edəcəyimizi bilmirik. Həkimlə danışmışıq, yenidən müayinə üçün bizim Bakıya gəlməyimiz istəyib. Hazırda nə Bakıya gəlməyə, nə müayinə xərclərini qarşılamağa, inanın, imkanımız yoxdur. Yardımsevər şəxslərdən bizə dəstək olmalarını xahiş edirik".
Ailə ilə əlaqə: (070) 593-99-79.
"Uni Bank": 5243 7544 4990 8159.
"Köməyə ehtiyacı olan insanlar" teqi üzrə xəbərlər
- Əlil ana övladları üçün yardım istəyir: "Meyvə belə ala bilmirəm"
- Böyrək köçürülən Esmira: "Ağrıkəsicilərimi belə borca alırıq"
- 54 günlük körpənin vəziyyəti yenidən ağırlaşıb: 13 il övlad həsrəti çəkən ana fəryad edir
- Səkkiz yaşlı Mehdinin sizin köməyinizə ehtiyacı var: Ən böyük arzusu anasına tərəf addımlamaqdır
- Bakıda 12 yaşlı oğlan 14-cü mərtəbədən yıxılıb öldü