Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin

Zaqatalada üç avtomobil toqquşub, ölən və xəsarət alanlar var
Zaqatala rayonunun Muxax kəndi ərazisində baş verən hadisədə üç maşın - "Niva", "Mercedes" və "Ford" markalı inkassator avtomobilləri toqquşub.
Oxu.Az xəbər verir ki, hadisə nəticəsində bir nəfər ölüb, yeddi nəfər xəsarət alıb.
"Niva"nın sürücüsü, Zaqatala rayonunun Sabunçu kənd sakini, 1959-cu il təvəllüdlü Şəmsəddin Şahmur oğlu Yunusov aldığı xəsarətlərdən həyatını itirib.
Xəsarət alanlar aşağıdakılardır:
"Niva" markalı avtomobildə olan sərnişinlər - 1978-ci il təvəllüdlü Zümrüd Mustafa qızı Əhmədova, 1987-ci il təvəllüdlü Şəhla Şəmsəddin qızı Məmmədova və iki azyaşlı, inkassatorun sürücüsü, 1980-ci il təvəllüdlü Yevlax rayon sakini Elşən Araz oğlu Süleymanov və sərnişinləri - 1986-cı il təvəllüdlü Şükür Elxan oğlu Allahverdiyev və 1978-ci il təvəllüdlü Səbuhi Əliyevdir.
"Mercedes" markalı avtomobilin sürücüsü Zaqatala rayon Zəyəm kənd sakini, 1963-cü il təvəllüdlü Xudaverdi Oruc oğlu İsmayılov xəsarət almayıb.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan bildirilib ki, faktla bağlı cinayət işi başlanılıb, araşdırmalar aparılır.

Əzizə İsmayılova
Zaqatalada ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Oxu.Az "Report"a istinadla xəbər verir ki, hadisə rayonun Muxax kəndi ərazisində qeydə alınıb.
Belə ki, hərəkətdə olan "Mercedes", VAZ-2121, həmçinin inkassator maşınlarının toqquşması nəticəsində sürücülərdən biri ölüb. Qəza zamanı xəsarət alanların olduğu bildirilib.
Faktla bağlı araşdırma aparılır.
"Yol-nəqliyyat hadisəsi" teqi üzrə xəbərlər
- Bakıda "BakuBus" avtobusu park halında olan avtomobillərə çırpıldı
- Zaqatalada ağır qəzada xəsarət alanların son vəziyyətləri açıqlanıb
- Bakı-Quba yolunda AĞIR QƏZA - Yanacağı bitən yük maşını qəzaya düşdü
- TƏBİB-də işə qəbul olduğunu qeyd edib qayıdarkən dəhşətli qəzada ölübmüş - TƏFƏRRÜAT
- Şamaxıda minik avtomobili yük maşını ilə toqquşdu: Ölənlər var