Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin

Xocalı sakini: "Arzularımız gerçəkləşib, 33 ildən sonra Novruz bayramını doğma yurdda qeyd edəcəyik"
Xocalı rayonunun Ballıca kəndinə köçürülən sakin doğma yurda qayıdışın sevincini yaşadıqlarını bildirib.
Oxu.Az xəbər verir ki, "Report"a açıqlamasında rayonun Ballıca kənd sakini Zemfira Hümbətova doğma yurda qayıdışla arzularının həyata keçdiyini vurğulayıb:
"Hər Novruzda Allahdan arzu edirdik ki, növbəti bayramı Qarabağda qeyd edək. O qədər sevincli, o qədər qürurluyuq ki, bu hisslər bizə insanın necə xoşbəxt ola biləcəyini göstərir. Bu gün arzularımız gerçəkləşib, 33 ildən sonra bayramı doğma yurdumuzda qeyd edəcəyik.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə ordumuzun qazandığı bu tarixi qələbə bizim və bizdən sonra gələn nəsillərin baş ucalığı olacaq. Mən bu anları yaşadıqca azərbaycanlı olduğumla fəxr edirəm. Bizə bu qüruru yaşadan şəhidlərimizin ruhu qarşısında baş əyir, Ali Baş Komandana minnətdarlığımı ifadə edirəm".
"Böyük Qayıdış" teqi üzrə xəbərlər
- Ballıcaya köç edən ailələrə evlərinin açarları təqdim olundu
- Baş nazir: "İşğaldan azad edilmiş ərazilərdə 2 615 ailə evlə təmin edilib"
- Səhiyyə Nazirliyi tərəfindən Cəbrayılda ikigünlük oftalmoloji səyyar müayinələr keçirilir
- Ağdərəyə qayıdan keçmiş məcburi köçkünlərə mənzillərinin açarları təqdim edilib
- Keçmiş məcburi köçkün: "Bu gün mənim üçün həyatda ən xoş gündür"