Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin

Keçmiş məcburi köçkün: "Bu gün mənim üçün həyatda ən xoş gündür"
"Bu gün mənim üçün həyatda ən xoş gündür, 33 il əvvəl tərk etdiyimiz doğma torpaqlara qayıdıram".
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, bu sözləri bu gün Ağdərə rayonunun Həsənriz kəndinə köç edən keçmiş məcburi köçkün Əminə Dadaşova söyləyib.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Ordumuzun tarixi Qələbə qazandığını diqqətə çatdıran Əminə Dadaşova onların sayəsində öz doğma yurdlarına qayıtdıqlarını qeyd edib.
Mən başda Ali Baş Komandan olmaqla, Ordumuza minnətdaram. Allahdan şəhidlərimizə rəhmət, qazilərə sağlamlıq diləyirəm. Onların sayəsində Qarabağımız düşmən tapdağından azad edilib. Artıq pis günlərimiz geridə qalıb. Keçmiş məcburi köçkünlər minnətdarlıq və sevinc hissi ilə doğma yurdlarına dönürlər.
"Böyük Qayıdış" teqi üzrə xəbərlər
- Ağdərəyə qayıdan keçmiş məcburi köçkünlərə mənzillərinin açarları təqdim edilib
- Ağdərəyə qayıdan keçmiş məcburi köçkünlərə mənzillərinin açarları təqdim edilib
- Bakı Bəyannaməsində əksini tapan vacib məqamlar
- Qarabağda və Şərqi Zəngəzurda peşə təhsili müəssisələri ilə bağlı görülən işlər AÇIQLANDI
- "Təhsil haqqında" və "Peşə təhsili haqqında" qanunlara dəyişiklik edilib