Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin

Ekrem İmamoğlunun saxlanmasından sonra İstanbul Böyükşəhər Bələdiyyəsindən ilk açıqlama
İstanbul Böyükşəhər Bələdiyyəsi Ekrem İmamoğlunun saxlanılmasından sonra bəyanat yayıb.
Bu barədə Oxu.Az "Haber Global"a istinadən xəbər verir.
Bəyanatda bütün əməkdaşların öz vəzifələrinə qayıdacaqlarına inam ifadə olunub.
"Hörmətli istanbullular, bu gün ölkəmiz və millətimiz üçün son dərəcə acınacaqlı bir prosesin şahidi oluruq. Qanunun aliliyinə və demokratik iradəyə olan inancımıza uyğun olaraq, hadisələrin gedişatını diqqətlə izləyirik.
Ədalətin ən qısa zamanda bərpa olunacağına və başda sədrimiz olmaqla, bütün həmkarlarımızın öz vəzifələrinə qayıdacaqlarına tam şəkildə inanırıq.
Bu müddətdə bizim üzərimizə düşən ən mühüm öhdəlik 16 milyon İstanbul sakininə, bu günə qədər etdiyimiz kimi, fasiləsiz və keyfiyyətli xidmət göstərməyə davam etməkdir. Bütün həmkarlarımızla birlikdə işimizin başında olacaq və şəhərimiz qarşısındakı məsuliyyətimizi eyni əzmlə davam etdirəcəyik.
Hər şeyin ən qısa zamanda daha gözəl olacağına inancımızla, hörmətlərimizi bildiririk", - deyə açıqlamada qeyd edilib.
"Türkiyənin İstanbul Böyükşəhər Bələdiyyəsi" teqi üzrə xəbərlər
- Dörd saata yaxın dindirilən Ekrem İmamoğlu aylıq gəlirini açıqladı
- Ekrem İmamoğlu saxlanılandan sonra ikinci dəfə ifadə verib
- Ankara ilə İzmirdə aksiya və toplantıların keçirilməsinə qadağa qoyulub
- İstanbul Böyükşəhər Bələdiyyəsində korrupsiya hallarına görə 100 nəfərə ittiham irəli sürülüb
- Ekrem İmamoğlunun həbsindən sonra internetdə təxribat törədənlərin sayı açıqlanıb