Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin

Habil Vəliyevə bu dəfə daha ağır cəza verildi
"Gündəlik Bakı" qəzetinin baş redaktoru Habil Vəliyev növbəti dəfə eyni maddə ilə cəza alıb.
Oxu.Az Musavat.com-a istinadla xəbər verir ki, Habil Vəliyev Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 8 il müddətinə azadlıqdan məhrum edilib.
Habil Vəliyev üç nəfərdən hədə-qorxu ilə pul tələb etməkdə ittiham olunaraq həbs edilib.
Ona qarşı Cinayət Məcəlləsinin 182.2.2-ci (hədə-qorxu ilə tələb etmə təkrar törədildikdə) və 182.2.4-cü (xeyli miqdarda əmlak əldə etmək məqsədilə törədildikdə) maddələri ilə ittiham irəli sürülüb.
Xatırladaq ki, H.Vəliyev daha əvvəl də eyni ittihamla məhkumluq həyatı yaşayaraq həbs edilmiş və 4 il həbs cəzası almışdı.
"Hədə-qorxu ilə tələb etmə" teqi üzrə xəbərlər
- Şöbə müdiri, restoran və şirkət rəhbəri... - Habil Vəliyevin kimləri şantaj etdiyi məlum oldu
- Saatlıda vəzifəli şəxsləri şantaj edən reket jurnalistə cəza verildi
- Görüşdüyü 50 yaşlı qadını öldürən məktəbliyə 10 il cəza verildi
- Sabiq deputat Hüseyn Abdullayevə HÖKM OXUNDU
- Bakıda qadını şəkilləri ilə şantaj edən şəxs SAXLANILDI