Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin

Jurnalistin Ağ Evin gizli çatına daxil edilməsinin DETALLARI - Təhlükəsizlik üzrə müşavirdən ETİRAF
ABŞ prezidentinin milli təhlükəsizlik üzrə müşaviri Mayk Uolts etiraf edib ki, məhz o "Atlantic"in baş redaktoru Ceffri Qoldberqi Ağ Evin gizli çatına əlavə edib.
Oxu.Az-ın verdiyi məlumata görə, bu barədə M.Uolts "Fox News" telekanalına müsahibəsində bildirib.
"Başa düşürsünüz, məsələ ayrı bir əməkdaşda deyil. Məsuliyyəti tamamilə öz üzərimə götürürəm. Bu qrupu mən yaratmışam və mənim işim bütün fəaliyyətlərin razılaşdırılmasını təmin etməkdir", - deyə o bildirib.
Lakin Uolts telefon kitabçasında Qoldberqin kontaktının haradan peyda olduğunu anlamadığını vurğulayıb:
"Mən sizə 100% əminliklə deyə bilərəm ki, bu adamı (Qoldberqi) şəxsən tanımıram. Onu dəhşətli reputasiyasına görə tanıyıram və o, həqiqətən jurnalistikanın dibində olan biridir. Mən Qoldberqi o mənada tanıyıram ki, o prezidentə nifrət edir, amma mən onunla yazışmıram. O, mənim telefonumda yox idi. Biz bunun necə baş verdiyini aydınlaşdıracağıq".
Donald Tramp artıq bəyan edib ki, Uoltsu işdən çıxarmaq niyyətində deyil. Onun sözlərinə görə, Qoldberqin Yəməndə husilərə zərbələrin müzakirəsi çatına təsadüfən dəvət edilməsi əməliyyatın gedişinə heç bir təsir göstərməyib.
"Baş verənlər iki ay ərzində yeganə "nasazlıq" olub. Mayk Uolts dərs çıxarıb və o, yaxşı insandır", - deyə Tramp vurğulayıb.
Qeyd edək ki, martın 24-ü Qoldberq məqalə dərc edib və orada iddia edib ki, onu səhvən "Signal" mesencerində ABŞ Administrasiyası üzvlərinin Yəmənə zərbələri müzakirə etdiyi çata əlavə ediblər.