Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin
“BMW”nin yeni elektrikli avtomobilinin məxfi şəkilləri yayıldı – FOTO
“BMW”nin yeni elektrikli krossoverinin şəkilləri yayılıb.
Oxu.Az xəbər verir ki, fotolar “Autobahn” nəşri tərəfindən yayımlanıb.
Bu avtomobil 2021-ci ildən istehsal olunmağa başlanacaq.
“iNext” adı almış yeni avtomobil 2020-ci ildə satışa çıxarılacaq “iX3” modelini xatırladır. Qeyri-rəsmi məlumatlara görə, avtomobil 450 kilometrdən 700 kilometrədək məsafəni qət etmək qabiliyyətinə malikdir.
Elektrikli avtomobilin ən yaxşı versiyası 800 at gücündə olacaq. Bundan başqa, avtomobilə avtonom sürücü funksiyası da əlavə ediləcək.
“BMW iNext” avtomobilinin təqdimatı “Lufthansa” aviaşirkətinə məxsus “Boeing 777 °F” təyyarəsinin göyərtəsində baş tutacaq. Təyyarə Münhendən Nyu-Yorka, oradan isə San-Fransisko və Pekindən sonra Frankfurta uçacaq.
Ə.Ş.
www.oxu.az