Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin
77 saylı avtobusun daşıyıcısına xəbərdarlıq edildi
"Xaliq Faiqoğlu" şirkətinin müvəqqəti istismarında olan 77 nömrəli müntəzəm avtobus marşrutunda baş verən hadisə araşdırılıb".
Bu məlumatı Oxu.Az-ın sorğusuna cavab olaraq Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) verib.
"Sərnişinə qarşı kobud rəftar edən dispetçer Gəray Allahverdiyev barəsində tədbir görülməsi ilə bağlı daşıyıcıya xəbərdarlıq edilib. Həmçinin gələcəkdə bu cür halların təkrarlanmaması üçün işçi heyətin təlimatlandırılması tapşırılıb", - deyə məlumatda bildirilir.
"Sürücünün baş vermiş insidentə hər hansı aidiyyəti olmayıb".
Bunu Oxu.Az-a açıqlamasında 77 saylı xətt üzrə daşıyıcı şirkətin nümayəndəsi bildirib.
O qeyd edib ki, hadisə şirkət tərəfindən araşdırılıb:
"Məlum olub ki, həmin vaxt 77 saylı xətt üzrə avtobuslarının qrafikində gecikmə müşahidə edilib. Bu zaman avtobus dayanacağa yaxınlaşarkən sərxoş halda olan sərnişinlərdən biri dispetçeri təhqir edərək nəqliyyat vasitəsinə daxil olub. Dispetçer də onu söyən şəxsi avtobusdan endirməyə çalışıb".
Bakıda 77 nömrəli xətt avtobusunda sərnişinlərlə sürücü arasında mübahisə düşüb.
Oxu.Az xəbər verir ki, bununla bağlı videogörüntü sosial şəbəkədə yayımlanıb.
Yaranmış vəziyyətdən şikayətçi olan sərnişin qeyd edib ki, havanın yağıntılı olmasına baxmayaraq, kafelərdən birinin qarşısında dayanan 77 saylı xətt avtobusunda 45 dəqiqə sürücü olmayıb.
"45 dəqiqə sonra sürücü ilə birlikdə gələn dispetçer içkili olduğundan avtobusun gecikməsinə etiraz edən sərnişinlərlə mübahisə etməyə başlayıb. Dayanacaqların birində dispetçer mübahisə edən sərnişinlərin biri ilə avtobusdan düşüb əlbəyaxa dava etməyə cəhd göstərsə də, onları ayırıblar. Bu zaman sürücü də avtobusdan düşüb, həmin o etiraz edən sərnişinlə mübahisə etməyə başlayıb", - deyə şikayətçi qeyd edib.
Məsələ ilə bağlı Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinə (AYNA) sorğu ünvanlanıb.
Əzizə İsmayılova
Rəylər