Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin

ADY: “Qatar yoluna daş, dəmir, təkər və digər kənar əşyalar qoymayın!” - VİDEO
“Azərbaycan Dəmir Yolları” (ADY) QSC qatarların mənzilbaşına gecikməsi səbəbləri ilə bağlı məlumat yayıb.
2023-cü il ərzində ADY-yə məxsus qatarların maşinistləri müxtəlif səbəblərə görə 10 dəfədən çox təcili tormozlama ediblər. Nəticədə qrafikdə gecikmələr yaranıb.
ADY-dən verilən məlumata görə, hadisələrin əksəriyyətində relslər üzərinə qəsdən daşlar düzülməsi müşahidə olunub. Bu faktlar hərəkətin təhlükəsizliyinin təmin edilməsinə ciddi maneə yaradır.
Xatırladaq ki, qatara ziyan vuranlar Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun məsuliyyətə cəlb olunurlar.
Ən çox oxunanlar