Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin

Ağacdan yıxılaraq sümükləri sınan yazıçının SON VƏZİYYƏTİ açıqlandı
Ağacdan yıxılaraq xəsarət alan yazıçı Tahir Ələkbərli ambulator müalicə üçün evə buraxılıb.
Bu məlumat Oxu.Az-ın sorğusuna cavab olaraq Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) verilib.
Qeyd olunub ki, iyunun 7-si, saat 8:00-da Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə Binəqədi rayonu ərazisindən hündürlükdən yıxılma hadisəsi ilə bağlı çağırış daxil olub.
"Çağırış əsasında təcili tibbi yardım briqadası ünvana cəlb olunub. Hadisə yerində 73 yaşlı (kişi cinsli) şəxsə zəruri tibbi xidmət göstərilib və bel-omba nahiyəsinin travması diaqnozu ilə Kliniki Tibbi Mərkəzə hospitalizasiya olunub. Hazırda vəziyyəti stabil olaraq qiymətləndirilir və ambulator müalicə üçün evə buraxılıb", - deyə məlumatda bildirilir.
Xatırladaq ki, sosial şəbəkələrdə Azərbaycan Yazıçılar Birliyinin üzvü, şair Tahir Ələkbərlinin ağacdan yıxılaraq, ağır bədən xəsarətləri aldığı, ondan çox sümüyünün sındığı qeyd edilmişdi.
Əzizə İsmayılova