Ağdərə rayonunun Vəngli kəndinə çatan sakinlərə açarlar təqdim olunub.
Oxu.Az xəbər verir ki, açarların təqdim olunması mərasimində Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin əməkdaşları, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin, "Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidməti" publik hüquqi şəxsin nümayəndələri iştirak ediblər
Qeyd edək ki, Vəngli kəndinə ilk mərhələdə 22 ailə (83 nəfər) köçürülüb.
İlk köç karvanı Ağdərə rayonunun Vəngli kəndinə çatıb.
Oxu.Az xəbər verir ki, Vəngliyə köçürülən 22 ailənin (83 nəfər) qarşılnma mərasimində Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin və "Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidməti" publik hüquqi şəxsin nümayəndələri iştirak ediblər.
Ağdərə rayonunun Vəngli kəndinə ilk köç karvanı yola salınıb.
Oxu.Az-ın məlumatına görə, köç edənlər respublikanın müxtəlif yerlərində, əsasən yataqxanalarda, sanatoriya və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdir.
İlk mərhələdə Ağdərə rayonunun Vəngli kəndinə 22 ailə - 83 nəfər köçürülür.






