Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin
Agentlik rəhbəri: "Bina tikən sahibkarlardan parkların salınması ilə bağlı təşəbbüslər görmürük"
"Biz Bakıda sahibkarların tez-tez binalar tikdiyini görsək də, parkların salınması istiqamətində təşəbbüslər görmürük".
Oxu.Az xəbər verir ki, bunu Dövlət Ekoloji Ekspertiza Agentliyinin İdarə Heyətinin sədri Mirsalam Qənbərov Agentliyin keçirdiyi ictimai dinləmədə deyib.
O bildirib ki, yeni yaşayış binaları salınarkən qanunvericilik nəzərə alınmalıdır:
"Söküntü də elə yaşıllığın məhv edilməsidir. Bu gün inkişaf birtərəfli gedir. Parkların çoxuna baxırsan, hər şeyi dövlət edir. Evi tikən də ədalətli olmalıdır. Heç olmasa, binaları tikərkən park da salınsın".
Nəzrin Vahid
Ən çox oxunanlar
Rəylər