Bakı-Qazax magistral yolunda yol qəzası baş verib.
Oxu.Az-ın bölgə müxbiri xəbər verir ki, hadisə yolun Ağstafa rayonu ərazisindən keçən hissəsində qeydə alınıb.
Hərəkətdə olan “Mercedes Vito” ilə “VAZ 2106” markalı avtomoiblin toqquşması nəticəsində bir nəfər sərnişin - 50 yaşlı Surayə Kərimova xəsarət alıb. Qadın xəstəxanaya yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.