“Amnistiya aktı 16 əcnəbi vətəndaşa şamil edilib”.
Oxu.Az xəbər verir ki, bu sözləri Baş Prokurorluğun Cinayət təqibindən kənar icraatlar idarəsinin rəisi, III dərəcəli dövlət ədliyyə müşaviri Elnur Musayev bu gün 2021-ci il noyabrın 5-də “8 noyabr – Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında” Qərarın prokurorluq orqanları tərəfindən icrasına dair keçirilən brifinqdə deyib.
O bildirib ki, həmin şəxslər arasında Gürcüstan vətəndaşları üstünlük təşkil edir:
“8 Noyabr - Zəfər Günü münasibətilə qəbul edilən Amnistiya aktı 8 Gürcüstan, 4 İran, 2 Türkiyə, 1 Rusiya və 1 Ukrayna vətəndaşına şamil edilib. Cəmi 16 əcnəbi məhbusa Amnistiya aktı tətbiq edilib”.
Könül Cəfərli
FOTO: Tapdıq Abdullayev