Astara rayonunun Şahağacı kəndindəki antisanitar vəziyyət aradan qaldırılıb.
Oxu.Az-ın məlumatına görə, polisin nəzarəti ilə aidiyyəti qurumlar tərəfindən sözügedən ərazi təmizlənib.
Qeyd edək ki, Astara rayonunun Şahağac kəndində suötürücü kanallar vətəndaşlar tərəfindən zibillənmişdi.
Zibil tullantıları kanalların yollarını bağlamış və nəticədə su həyətyanı sahələrə dolmuşdu.
Samir Əli