Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin
Astarada kənd sakini vəhşi heyvanın hücumuna məruz qalıb
Astara rayonunun Rudəkəran kəndində vəhşi heyvan kəndə hücum edib.
APA-nın verdiyi məlumata görə, heyvan kənd sakini, 48 yaşlı Gündüz Abdullayevin həyətinə girib. Vəhşi heyvan itin səsinə evdən çıxan Gündüzün üzərinə atılıb.
Müxtəlif xəsarətlər alan Gündüz Abdullayev heyvana müqavimət göstərə bilib. Yalnız həyat yoldaşı bıçaqla köməyə gəldikdən sonra heyvan ev yiyəsini buraxaraq qaçıb. Müxtəlif dərəcəli bədən xəsarətləri alan kənd sakini qonşuların köməyi ilə Astara Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Ona quduzluq əleyhinə vaksin vurulub.
Gündüz Abdullayevə hansı heyvanın hücum etdiyi məlum deyil.
"Astara rayonu" teqi üzrə xəbərlər
- Keçmiş bələdiyyə sədrini baltalayaraq qətlə yetirən şəxs Ali Məhkəməyə müraciət etdi
- Azərbaycandan tranzit keçən daha bir alma yükündə narkotik vasitə aşkar edilib
- Astarada nənəsi ilə qalan yeniyetmənin asılmış meyiti tapıldı
- "Alma" yükündən 32 kq narkotik vasitə aşkar edildi
- Vəzifəli şəxslər arasında mübahisə - Protokol tərtib edildi
Rəylər