Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin

Azad edilmiş ərazilərdə yeni milli park yaradılacaq
"İşğaldan azad edilmiş Şuşa (6 min 43.7 hektar), Xocalı (24 min 824.4 ha), Ağdərə (46 min 606.7 ha) və Kəlbəcər (15 min 181.4 ha) rayonlarının inzibati ərazilərinin bir hissəsini əhatə etməklə, ümumi sahəsi 92 min 656.2 hektar olan yeni Milli parkın yaradılması nəzərdən keçirilir".
Oxu.Az "Report"a istinadən xəbər verir ki, bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyi (ETSN) Bioloji Müxtəlifliyin Qorunması Xidmətinin rəisi Firuddin Əliyev ekoloji məsələlər üzrə işçi qrupun iclasında deyib.
O bildirib ki, bununla bağlı aidiyyəti dövlət qurumları ilə ərazilərə baxış və qiymətləndirmə işlərinə başlanılıb:
"Qeyd olunan əraziləri əhatə edən yeni milli parkın ilkin xəritəsi hazırlanmış, yaşayış məntəqələrinin yerləşməsi nəzərə alınmaqla xəritəyə münasibət bildirilməsi üçün Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə göndərilib".
F.Əliyev, həmçinin məlumat verib ki, Arazboyu Dövlət Təbiət Yasaqlığının xəritəsi hazırlanaraq münasibət bildirilməsi üçün cari ildə müvafiq dövlət qurumlarına göndərilməsi nəzərdə tutulub.
"İşğaldan azad olunmuş ərazilər" teqi üzrə xəbərlər
- USAID-dən sonra Soros Fondu da bağlana bilər?
- Azad edilən ərazilərdə məskunlaşan tələbələrin təhsil haqqı üçün nə qədər vəsait ayrılacaq?
- Rüstəm Quliyev: "İşğaldan azad olunmuş ərazilərdə "Azərişıq" ASC-nin 5 097 abonenti var"
- Laçının Bəylik kəndi yenidən qurulur - Hansı işlər görülür?
- Qarabağa avtobus reyslərinə fevral ayı üçün biletlər satışa çıxarılır