Rusiya Federasiyasının Moskva şəhərində “Beynəlxalq Ordu Oyunları-2021” yarışları keçirilir. Yarışın “Tank biatlonu” müsabiqəsində Azərbaycan hərbçiləri də iştirak edir.
Azərbaycan tankçıları müsabiqənin “Fərdi sürmə” mərhələsində Qazaxıstan, Belarus və Serbiyadan olan komandalarla birlikdə güclərini sınayıblar.
Tankçılarımız müəyyənləşdirilmiş məsafəni şərti hədəfləri atəşlə məhv edərək marşrut üzrə qət etmə yarışında öz qrupunda ikinci olublar.