Türkiyənin Ali Təhsil üzrə Şurası (YÖK) tərəfindən təqdim edilən məlumata əsasən, 2014/2015 tədris ili ərzində türk universitetlərində 240 ölkədən 72178 tələbə təhsil alıb, Oxu.Az xəbər verir.
YÖK-ün məlumatına müvafiq olaraq, Yer kürəsinin bütün ölkələrindən Türkiyədə təhsil almağa üstünlük verilir. Bura İran, İraq və Yunanıstan kimi qonşu ölkələrdən olmaqla yanaşı, Karib dənizi hövzəsi ölkələrindən, Yeni Zelandiya və Afrika qitəsindən də gələnlər var.
Xarici tələbələrin əsas hissəsi – 10638 nəfəri Türkiyəyə Azərbaycandan gəlib.
İkinci yerdə Türkmənistandır – 9092 tələbə. Suriya, İran və Əfqanıstandan ölkəyə müvafiq olaraq 5560, 5302 və 3672 tələbə gəlib. Daha sonra siyahıda 3033 tələbə ilə İraq yer alır.
Türkiyədə Yunanıstan (1826), Qırğızıstan (1819), Qazaxıstan (1799), Kosovo (1023) və Çindən (1088) tələbə təhsil alır.