Azərbaycan Müdafiə Sənayesi Nazirliyinin “Sharg” İstehsalat Birliyinin baş direktoru İlqar Nəzərov Azərbaycan və Rusiya hərbi-texniki kooperasiyasının həcminin artdığını bildirib.
Oxu.Az bu barədə RNS-ə istinadən xəbər verir.
“Həcm kiçik deyil: 2009-cu illə müqayisədə 4 dəfə artıqdır”, - İlqar Nəzərov Bakıda keçirilən “ADEX-2016” beynəlxalq sərgidə jurnalistlərə bildirib.
Onun sözlərinə görə, Azərbaycan Rusiya ilə kooperasiya çərçivəsində raketlər üçün komplektləşdirmə, eləcə də Rusiyanın “MiQ-29”, “Su-27”, “Su-25” və “Su-30” təyyarələri üçün detallar istehsal edir.
N.O.
www.oxu.az