Azərbaycanda 1 yaşa qədər ölən uşaqlar arasında ölümün əsas səbəbləri açıqlanıb.
Oxu.Az APA-ya istinadən xəbər verir ki, Dövlət Statistika Komitəsindən verilən məlumata görə, ötən il Azərbaycanda bütün səbəblərdən 1 yaşına qədər ölən uşaqların sayı 1862 nəfər olub.
Onlardan 67-si bəzi infeksion və parazitar xəstəliklərdən, 105-i sinir sisteminin xəstəliklərindən, 192-si tənəffüs orqanlarının xəstəliklərindən, 22-si həzm sisteminin xəstəliklərindən, 1142-si perinatal dövrdə meydana çıxan hallardan, 126-sı anadangəlmə anomaliyalardan (inkişaf qüsurları, deformasiyalar və xromosom pozğunluqları), 20-si travmalar, zəhərlənmələr və xarici səbəblərin təsirinin digər nəticələrindən, 188-i isə digər səbəblərdən baş verib.
Belə məlum olur ki, 2013-cü ildə hər 10 000 nəfər diri doğulan uşaqdan 107,9-u 1 yaşına qədər ölüb.
Həmin uşaqlardan 4,7-də bəzi infeksion və parazitar xəstəliklər, 5,6-da sinir sisteminin xəstəlikləri, 14,1-də tənəffüs orqanlarının xəstəlikləri, 1,5-də həzm sisteminin xəstəlikləri, 59,9-da perinatal dövrdə meydana çıxan hallar, 9,8-də anadangəlmə anomaliyalar (inkişaf qüsurları, deformasiyalar və xromosom pozğunluqları), 1,2-də travmalar, zəhərlənmələr, 11,1-də isə sair səbəblərdən ölüm baş verib.