Azərbaycanda 3 nəfər dəm qazından boğulub.
Oxu.Az-ın DİN-in saytına istinadən verdiyi məlumata görə, yanvarın 5-də paytaxtın Nizami rayonunda yaşayan Nərgiz Aydınova, Xətai rayonunda yaşayan Çingiz Bədəlov və Xaçmaz şəhərində yaşayan Tamilə Təhməzova mənzillərində dəm qazından boğularaq ölüblər.
Daxili İşlər Nazirliyinin məlumatına əsasən, Azərbaycanda daha 2 nəfər isə donvurmadan ölüb.
Məlumata görə, yanvarın 5-də Masallı rayonunun Türkoba kəndindən kənd sakini Şahin Quliyev, Şamaxı rayonunun Nağaraxan kəndində yaşayan Mixail Belyayev donvurmadan ölüblər.
Faktlarla bağlı araşdırma aparılır.