Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin

Azərbaycanda 36 000 manatlıq mobil nömrələr hərraca çıxarılır
İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti (ƏMDX) "Azercell Telekom" MMC-yə məxsus mobil telefon nömrələrini açıq hərraca çıxarır.
Oxu.Az xəbər verir ki, bu barədə İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti məlumat yayıb.
Elandakı nömrələrin qiyməti 4 000-36 000 manat aralığındadır.
Bildirilib ki, hərraclarda iştirak etmək istəyən şəxslər lazımi sənədləri hərracın başlanmasına ən geci 3 bank günü qalana qədər Əmlak Xidmətləri Məkanına təqdim etməli, ƏMDX-nin Hərracların Təşkili Mərkəzinin hesabına beh ödəməlidirlər.
Məlumatda qeyd olunub ki, hərrac mayın 29-da, saat 10:00-da Əmlak Xidmətləri Məkanında (Bakı şəhəri, Nizami rayonu, Xəlil Rza Ulutürk küçəsi, 20) keçiriləcək.
"Daşınar və daşınmaz əmlakların satışı üzrə hərrac" teqi üzrə xəbərlər
- Papa XIV Leonun uşaqlığını keçirdiyi ev tarixə çevrilir: ABŞ-də diqqətçəkən qərar
- Maykl Cordanın forması hərracda iki milyon dollara satılıb
- Ramiz Mehdiyevin qızı Ali Məhkəməyə üz tutdu
- Azərbaycanda beş müəssisənin səhmləri təkrar pul hərracına çıxarılacaq
- Azərbaycanda növbəti torpaq hərracı elan edilib