Azərbaycan müəllimi özünün maliyyələşməsini uşaq hazırlamaqla təmin edir.
Oxu.Az ANS TV-yə istinadən xəbər verir ki, repititorluq bu gün Azərbaycan müəlliminin qazanc yeridir. Elə bacarıqlı müəllim var ki, repititorluqdan ayda 3-4 min manat gəlir götürür.
Məsələn, bu gün müəllimlər ən aşağısı 50 manata, ən yuxarısı 150 -200 manata şagird hazırlaşdırırlar. Söhbət 1-2 şagirddən yox, 20-25-30 şagirddən gedir. Bəli, bütöv bir sinifdən. Nəzərə alsaq ki, orta hesabla hər şagirdi 70 manata hazırlaşdırırlar, bu ayda 1400 manatdan 2 min manata qədər vəsait deməkdir.
Riyaziyyatdan şagird hazırlaşdıran Ehtiram Mİrzəyev isə düşünür ki, müəllim yaxşı maaş alsa, heç vaxt repetitorluq etməz:
“Bəli, bu gün Azərbaycanda 350 mindən çox müəllim var. Çox yox, onlardan 100 mini repititorluq edirsə və ayda orta hesabla 1000 manat qazanırlarsa, bu ildə 18 milyon manat büdcədən yayınma deməkdir”.
İqtisadçılar da etiraf edirlər ki, repititorların vergidən yayınması bir neçə milyon manatla ifadə olunur və onların fikrincə, repititorlar sadəcləşdirilmiş vergi subyekti olaraq vergiyə cəlb olunmalıdırlar. Bu vergi hesabına hətta müəllimlərin sosial vəziyyətinin yaxşılaşdırılmasını düşünənlər də var.
Vergilər Nazirliyində də etiraf edirlər ki, repetitor fəaliyyəti gəlir əldə etmək məqsədilə həyata keçirilən sahibkarlıq fəaliyyətidir. Sahibkarlıq fəaliyyəti həyata keçirən hər bir şəxssə Vergi Məcələlsinə əsasən vergi ödəyicisi kimi qeydiyyatdan keçməlidir.
Əgər repetitor xidməti göstərən şəxslər vergi orqanlarında qeydiyyatda durmadan fəaliyyət göstərsə, bu qanunsuz sahibkarlığın aparılması kimi qiymətləndirilir və belə faktlar aşkarlanarsa, həmin şəxslərin vergi qeydiyyatına salınması təmin olunacaq, üstəgəl onlara müvafiq maliyyə sanksiyaları tətbiq ediləcək.
www.oxu.az