Rusiyanın Kurqansk vialyətində iş adamı məhkəmə icraçıları şöbəsinə 116 min rubl dəyərində alimentin ödənişi qismində 237 cüt cins şalvar gətirib.
Oxu.Az Vesti-yə istinadən xəbər verir ki, Rusiyanın Kurqansk vilayətində azərbaycanlı öz yeddi yaşlı oğluna xeyli vaxtdır ki, aliment ödəmirmiş.
Borc 116 min rubla çatıb.
Məhkəmə icraçıları kişinin yaşadığı yeri və nə ilə məşğul olduğunu müəyyənləşdirə bilməyirlərmiş. Lakin sonradan həmin şəxsin – Azərbaycan vətəndaşının iki il əvvəl Rusiyaya pul qazanmağa gəldiyini müəyyənləşdiriblər.
Həmyerlimiz Rusiyada bazarda meyvə satır və sabit gəliri var.
Məhkəmə icraçıları kişiyə qarşı ciddi cəza tədbiri görmək qərarına gəliblər. Alimentin ödənilməsindən yayınmaya görə onun barəsində cinayət işi qaldırılıb və Rusiyanı tərk etməsinə qadağa qoyulub.
Bir müddət sonra borclu özü məhkəmə icraçılarının otağına gələrək, borcun əvəzində 237 cüt cins gətirib.
Cins şavlarlar qiymətləndiriləcək və satışa göndəriləcək. İlkin hesablamalara görə, satışdan əldə olunan gəlir borcun tam ödənilməsinə bəs etməlidir.