Dünən yerli və xarici jurnalistlərə 2015-ci ildə Bakıda baş tutacaq 1-ci Avropa oyunlarının keçirəcəyi obyektlərə getmək imkanı yaradılıb.
Oxu.Az 1new.az-a istinadən xəbər verir ki, KİV-lərə təqdim edilən idman obyektlərinin siyahısı belədir:
1. Bakı Olimpiya Stadionu(təmir davam edir) - Triatlon (qaçış), açılış və bağlanış mərasimləri
2. Milli Gimnastika Arenası(təmir davam edir) - İdman gimnastikası, trampolin, bədii gimnastika
3. Beynəlxalq Üzgüçülük Mərkəzi - Üzgüçülük, sinxron üzgüçülük
4. Su polosu Arena – Su polosu
5. Çimərlik Voleybolu Arenası - Çimərlik voleybolu, çimərlik futbolu
6. Basketbol arena – Basketbol 3x3
7. “Crystall Hall” - Qılıncoynatma, karate, stolüstü tennis, taekvondo
8. Bakı idman sarayı - badminton, stolüstü tennis
9. Tofiq Bəhrəmov adına Respublika stadionu – Oxçuluq
10. Heydər Əliyev adına İdman Konsert Kompleksi - Güləş, cüdo
11. Bakı Atıcılıq Mərkəzi(tikinti davam edir) - Atıcılıq
12. Dağ Velosiped Parkı - Dağ velosipedi
13. BMX Velopark - Velosiped (BMX)
14. “Ramada” oteli - Triatlon
15. Mingəçevir - Kanoe sprinti
www.oxu.az