Bakıda Disneyland peyda olacaq.
Oxu.Az xəbər verir ki, bu barədə abc.az-a Avesta konsernindən bildiriblər.
Konserndən qeyd ediblər ki, Disneyland Khazar İslands şəhərciyində inşa olunacaq.
“O, yerli sakinlərdən başqa eyni vaxtda 200 min turistin yerləşdirilməsi üçün nəzərdə tutulub. Disneyland-dan başqa, ada şəhərciyində turistləri cəlb etmək üçün ippodrom, ralli yolu, həmçinin 70-85 mərtəbə hündürlüyündə 10 brend otel inşa olunacaq” – konserndən bildiriblər.