Baş Dövlət Yol Polisi İdarəsindən APA-ya verilən məlumata görə, qəza nəticəsində Daxili Qoşunların müddətdən artıq xidmət edən hərbi qulluqçuları Ayaz Bayramov, Rəşad Adıgözəlov, Seymur Əliyev və Elmir İsmayılov aldıqları xəsarətdən hadisə yerindəcə dünyasını dəyişiblər.
Xəsarət alan hərbçilər isə aşağıdakılardır - 1992-ci il təvəllüdlü İskəndərov Əfqan Şərif oğlu, 1986-cı il təvəllüdlü Məmmədov Fariz Elbəy oğlu, 1992-ci il təvəllüdlü Həsənov Elnur Maksim oğlu, Musayev Ruslan Sabir oğlu, İsmiyev Elbəy Ədalət oğlu, İsayev Namiq Qəhrəman oğlu, Ağaəlizadə İsmayıl Bəhaləddin oğlu.
10:30
Bu gün Quba rayonunda hərbçiləri daşıyan hərbi maşın qəzaya düşüb.
APA-nın Şimal bürosunun verdiyi məlumata görə, hadisə nəticəsində “N” saylı hərbi hissənin 4 hərbi qulluqçusu ölüb, 9 hərbçi xəsarət alıb. Yaralılar Quba rayon mərkəzi xəstəxanasına gətirilib. Hadisənin təfərrüatları araşdırılır.
İlkin məlumata görə, qəzaya uğrayan hərbçilər DİN Daxili Qoşunlarının əsgərləridir.
www.apa.az
Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin