“Azərbaycanda koronavirusa yoluxma halları üçün ən riskli yerlər şəhərdə fəaliyyət göstərən ofislər, biznes mərkəzləridir”.
Oxu.Az-ın məlumatına görə, bunu Nazirlər Kabineti yanında operativ qərargahın keçirdiyi mətbuat konfransında Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) İdarə Heyətinin sədri Ramin Bayramlı bildirib.
Onun sözlərinə görə, bir çox biznes mərkəzlərinin liftləri tam gücü ilə işləyir:
“Gün ərzində liftlərə minlərlə giriş-çıxış olur. Liftlərdən istifadə minimuma endirilməlidir. İnsanlar pilləkənlərdən istifadə etməlidirlər”.
“Biznes mərkəzlərində maskalardan istifadə olunmalı və sosial məsafə qaydalarına ciddi riayət edilməlidir”, - deyə sədr əlavə edib.
İlhamə Əbülfət