Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin

Azərbaycanda polis mayoru faciəvi şəkildə öldü - FOTO
Azərbaycanda polis mayoru yol qəzası nəticəsində dünyasını dəyişib.
Oxu.Az-ın A24.az-a istinadən məlumatına görə, hadisə bu gün 01:30 radələrində Kürdəmir rayonunda baş verib.
Belə ki, rayonun Sığırlı kəndi ərazisində Əli Qaybalıyev idarə etdiyi “VAZ-21074” markalı avtomobili yolun kənarında dayanmış Lənkəran rayon sakini Səfail Quliyevə məxsus “QAZel” markalı avtomobilə vurub.
Nəticədə, “VAZ-21074” markalı avtomobilin sürücüsü Ə.Qaybalıyev hadisə yerində ölüb.
Qeyd edək ki, polis mayoru Ə.Qaybalıyev Ağsu Rayon Polis Şöbəsinin sahə rəisidir.
Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.
Oxu.Az yeniləndi!