Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin

ADSEA: "Azərbaycanda su ilə bağlı fərqli tariflər hələ ki müzakirə olunmur"
"Azərbaycanda suyun istifadəsi ilə bağlı fərqli tarif modellərinin tətbiqi ilə əlaqədar təkliflər hələ ki müzakirə olunmur".
"Report" xəbər verir ki, bunu Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin (ADSEA) İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətinin İdarə Heyətinin sədrinin müşaviri Aydın Abbasov jurnalistlərə açıqlamasında bildirib.
"Hazırda Azərbaycanda su tarifləri xidmətin faktiki xərclərini tam qarşılamır. Bu da su təchizatı sahəsində sürətli inkişafı çətinləşdirir. Bu səbəbdən tarif sisteminin diferensiallaşdırılması məsələsi gündəmə gələ bilər", - A.Abbasov qeyd edib.
"Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi (ADSEA)" teqi üzrə xəbərlər
- İlham Əliyev dövlət agentliyinə beş milyon manat ayırdı
- Binəqədidə evlər su altında QALDI
- 1 saylı Sumqayıt "ASAN xidmət" fəaliyyətini qismən məhdudlaşdırıb
- Xocəsən-Biləcəri xəttində qəza baş verib, Bakının bəzi ərazilərində su kəsilib
- Azərbaycan Su Ehtiyatları Agentliyində iki qardaşa yüksək VƏZİFƏ VERİLDİ
Ən çox oxunanlar