Sabirabaddakı dəhşətli yanğında ölən ana və iki övladının görüntüləri yayılıb.
Fotolar Baku TV tərəfindən paylaşılıb.


Hadisə ilə bağlı Baku TV-nin süjetini təqdim edirik:
09:16
Sabirabad rayonunda ana və iki övladının yanaraq öldüyü evin görüntüləri yayılıb.
Fotolar Oxu.Az-ın redaksiyasına daxil olub.
Şəkillərdə evin tamamilə yararsız hala düşdüyü görünür.
Həmin görüntüləri təqdim edirik:


08:55
Sabirabad rayonunda ana və iki övladı evdə yanaraq ölüb.
Oxu.Az-ın məlumatına görə, hadisə rayonun Zəngənə kəndində baş verib.
Fərdi yaşayış evində baş verən yanğın zamanı 1994-cü il təvəllüdlü Şəbnəm Nağıyeva - oğlanları 2009-cu il təvəllüdlü Xəyal Nağıyev və 2010-cu il təvəllüdlü Ceyhun Nağıyev yanaraq ölüblər.
Faktla bağlı araşdırma aparılır.
İlhamə Əbülfət