Niderland millisinin Şotlandiya ilə baş tutan yoldaşlıq görüşü (2:2) Memfis Depay üçün əlamətdar olub.
“OptaJohan” “Twitter” səhifəsi məlumat verir ki, oyunda dubl ilə yadda qalan “Lion” klubunun niderlandlı üzvü 1974-ci ildən bəri millinin heyətində cərimə zərbələrindən dörd dəfə ardıcıl fərqlənməyi bacaran ilk futbolçusu olub.
M. Depay 2013-cü ildən Niderland millisində çıxış edir. 62 dəfə Niderland millisinin heyətində meydana çıxan hücumçu 23 dəfə fərqlənməyi bacarıb.