Samuxda avtomobil aşıb.
Oxu.Az xəbər verir ki, Samux rayon Prokurorluğundan APA-ya verilən məlumata görə, hadisə bu gün axşam saatlarında rayonun Əhmədbəyli kəndi ərazisində baş verib.
Samux rayon sakini, 1990-cı il təvəllüdlü Həmzəyev Rza Rövşən oğlu idarə etdiyi “VAZ 2109” markalı avtomobillə hərəkətdə olarkən avtomobili aşırdıb. Qəza nəticəsində ağır bədən xəsarətləri alan R. Həmzəyev Gəncə şəhər Təcili Tibbi Yardım Xəstəxanasına yerləşdirilib.
Gəncə şəhər Təcili Tibbi Yardım xəstəxanasında verilən məlumata görə, Rza Həmzəyevin həyatını xilas etmək mümkün olmayıb. Faktla bağlı Samux rayon Prokurorluğunda araşdırma aparılır.
Məlumata görə, Rza Həmzəyev Samux rayon Polis Şöbəsinin Post Patrul Xidmətinin əməkdaşıdır.