Bərdə Müalicə-Diaqnostika Mərkəzinin baş həkimi işdən çıxarılıb.
Oxu.Az xəbər verir ki, baş həkim Hüseynov Həsən Fərman oğlu bu gün tutduğu vəzifədən azad edilib.
H.Hüseynovun yerinə hələlik təyinat olmayıb.
Faktı TƏBİB-dən Oxu.Az-a təsdiq ediblər. Bildirilib ki, o, öz xahişi ilə işdən azad olunub.
Dursun Tağıyeva