Ziyalıların intellektual klubunda yay oyunları davam edir.
Bu barədə 1TV.ru xəbər yayıb.
Məlumata görə, dördüncü oyunda Balaş Qasımovun komandası iştirak edib.
Komandanın tərkibində “Nə? Harada? Nə zaman?” oyununun magistrı, “Büllur bayquş”un ikiqat sahibi Yelizaveta Ovdeyenko, “Büllur bayquş”un üçqat sahibi Yuliya Lazareva və Dmitri Avdeyenko, “Büllur bayquş”un ikiqat sahibi Mixail Skipskiy, həmçinin, bu komandanın daimi heyətinin iki oyunçusunu əvəzləyən Anastasiya Şutova və Sergey Nikolenko var.
Bu oyunda kapitan kürsüsündə Mixail Skipski oturub.