Azərbaycana Dövlət Yol Polisi üçün yeni avtomobillər – Koreya istehsalı olan KİA Sorento markalı avtomobillər gətirilib.
Oxu.Az xəbər verir ki, Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri, polis polkovnik-leytenantı Kamran Əliyev bu informasiyanı 1news.az-a təsdiqləyərək bildirib ki, yeni avtomobillər əsasən Yol polisinin regional bölmələri arasında paylanılacaq.
“Avtomobillərdə cərimələrin yerində ödənilməsi üçün POS-terminallar və elektron məlumat bazalı kompyuterlər yerləşdiriləcək” – deyə, o qeyd edib.
Gətirilmiş avtomobillərin sayı barədə sualı cavablandıran K.Əliyev bildirib ki, “bu informasiya hələ açıqlanmır”.
Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin