Azərbaycan vətəndaşı, Ukraynadan tranzitlə evə gedərkən həlak olub.
Oxu.Az Ukrayna KİV-nə istinadən xəbər verir ki, o, Poltavşinada yol qəzasına uğrayıb.
Onun idarə etdiyi “Mercedes” markalı avtomobilinə BMW çırpılıb, qəza zamanı inersiya üzrə KAMAZ-a da dəyib.
Güclü zərbə xarici vətəndaş üçün ölümcül olub, BMW-nin sürücüsünü və sərnişinlərini də xəstəxanaya aparıblar – bunlar qadın və iki azyaşlı uşaq olub. (videoya 01:55-dən baxın)