Bakı Şəhər Baş Polis İdarəsi Azərbaycanın Avropa Şurası yanında Daimi Nümayəndəliyinin keçmiş rəhbəri Arif Məmmədovun axtarış dosyesini yayıb.
Oxu.Az Lent.az-a istinadən xəbər verir ki, sabiq səfir Cinayət Məcəlləsinin üç maddəsi ilə təqsirli bilinir.
Ona qarşı mənimsəmə, vəzifə səlahiyyətlərindən sui-istifadə etmə və vəzifə saxtakarlığı maddələri ilə ittiham irəli sürülüb.