Bakı şəhərinin Xəzər rayonunda bıçaqlanma hadisəsi baş verib.
Oxu.Az xəbər verir ki, Bakı şəhər Baş Polis İdarəsindən Lent.az-a verilən məlumata görə, iyulun 28-i saat 18:30 radələrində Şüvəlan qəsəbəsi Y.Qasımov küçəsində yaşayanlar Nina Yusifzadə və oğlu Emin ailə münaqişəsi zəminində biri-birinə bıçaqla xəsarət yetirib.
Nəticədə, E.Yusifzadə xəstəxanaya yerləşdirilib. N.Yusifzadə isə Xəzər RPİ 1-ci PB-nin əməkdaşları tərəfindən saxlanılıb.
Araşdırmalar aparılır.