Azərbaycanda prezident seçkisinin keçiriləcəyi günlə bağlı avqustun 2-də yekun qərar veriləcək.
Oxu.Az Lent.az-a istinadən xəbər verir ki, Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov avqustun 2-də Mərkəzi Seçki Komissiyasının iclasının keçiriləcəyini bildirib.
Mərkəzi Seçki Komissiyasının iclasında prezident seçkilərinin oktyabrda hansı gün keçiriləcəyi barədə qərar veriləcək.