Bakıda ana və iki azyaşlı uşağını maşın vurub.
Oxu.Az APA-ya istinadən xəbər verir ki, Xətai Rayon Polis İdarəsindən verilən məlumata görə, yol-nəqliyyat hadisəsi bu gün səhər 08.45 radələrində Nobel prospektində qeydə alınıb.
Asəf Əsgərov idarə etdiyi 90-EZ-736 dövlət nömrə nişanlı, “Toyota Prado” markalı avtomobili arxadan Murad Talıb oğlu Talıbovun idarə etdiyi 99-ES-736 dövlət nömrə nişanlı KİA markalı avtomobilə çırpıb.
Zərbənin təsirindən KİA yolu keçən Ellada İsmayılovanı, qızı Fidanı və oğlu - 5 yaşlı Əlini vurub.
Nəticə Əli hadisə yerində ölüb, E.İsmayılova və Fidan isə ağır xəsarətlə Klinik Tibbi Mərkəzə yerləşdirilib.
Digər bir hadisə isə Nəsimi rayonu ərazisində baş verib.
Oxu.Az Milli.Az-a istinadəb xəbər verir ki, gecə saatlarında Azadlıq prospekti 74 ünvanında, Bakıxanov küçəsi ilə kəsişmədə 59 yaşlı Bakı şəhər sakini Yaqub Nağıyev idarə etdiyi 10 XX 009 dövlət nömrə nişanlı “Mercedes-Benz CLS63” markalı maşınla yolu keçən 51 yaşlı Şabran rayon sakini Cavanşir Rüstəmovu vurub.
Piyada aldığı xəsarətdən hadisə yerində ölüb.
Hadisə şahidlərinin bildirdiyinə görə, vurulan piyada maşının zərbəsindən tanınmaz hala düşüb.