Avqustun 30-da Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən elektron ticarət əməliyyatlarının gedişində WTI neftinin ixracına dair oktyabr müqaviləsinin dəyəri 1,15 dollar və ya 1,1% azalaraq 1 barelə görə 107,65 dollar təşkil edib.
Oxu.Az APA-ya istinadən xəbər verir ki, avqustun 30-da ICE London qitələrarası birjasında oktyabrda ixrac etməklə Brent markalı neftin 1 barelinin dəyəri 1,15 dollar və ya 1,0% azalaraq 114,01 dollar olub.